NATO-nun yeni baş katibi qadın ola bilər

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun yeni baş katibi vəzifəsinə  ən ciddi namizəddir. 

Bu barədə “Politico” mənbələrə istinadən yazır.

Nəşr qeyd edib ki, alyans ölkələri təşkilatın başında hökumətə rəhbərlik edən şəxsi görmək istəyirlər. Bundan əlavə, əvvəlki baş katiblər kişi olduğu üçün indi ştatlar qadın namizədlə maraqlanır.

Lakin NATO üzvlərinin heç də hamısı Şimali Avropadan namizədin baş katib postuna təyin olunmasını dəstəkləməyə hazır deyil.