Şimali Atlantika Alyansı Havay adalarını öz məsuliyyət zonasına daxil edə bilər.
Bu barədə “Newsweek” beynəlxalq əlaqələr üzrə ekspert Alan Mendoza istinadən yazır.
“NATO-nun digər demokratik ölkələrə genişlənməsini nəzərə alsaq, blokun Havay adalarını da əhatə edəcək şəkildə genişləndirilməsi ideyasını nəzərdən keçirmək məntiqli olardı”, - ekspert qeyd edib.
Onun fikrincə, bu addım ehtiyacın artdığı bir vaxtda Qərb ölkələrinin “artan həmrəyliyini” nümayiş etdirəcək.