"Müstəqil mətbuat üçün bütün yollar bağlanıb" - Ədil Hüseynov

"Azərbaycanda müstəqil mətbuata qarşı reklam basqıları uzun illərdir davam edir".

Bizimxeber.az bildirir ki, bu barədə tanınmış jurnalist, baş redaktor Ədil Hüseyov bildirib.

Baş redaktor deyib ki, mətbuata qarşı basqılar fonunda reklam bazarının da nəzarətdə saxlanması müstəqil saytların fəaliyyətini tamamilə iflic edib: "Uzun illərdir ölkədə reklam bazarının formalaşmasına, reklam monipoliyasına son qoyulmasına, bir qədər sərbəstlik verilməsinə çağırışlar edirik. Bu çağırışlara heç bir əhəmiyyət verilmir və əksinə daha sərt tədbirlər həyata keçirilir. Son 1 ildə 800 -dən artıq dövlər və özəl müəssisələrə reklam müraciəti etmişəm. Bu müraciətlərin demək olar ki, əksəriyyətinə heç bir cavab verilməyib. Bir neçə dövlər qurumundan verilən cavalarda isə açıq şəkildə bildirilib ki, sizinlə əməkdaşlıq edə bilmərik. Bəzi özəl şirkətlə isə konkret bildiriblər ki, Media İnkişafı Agentliyi sizi reyesterdən keçirmədiyi üçün reklam verməyə qorxuruq". 

Baş redaktor əlavə edib ki, Azərbaycanda mətbuata reklam bazarı monopoliyada saxlanılır və bu MEDİA-nın rəhbərliyi tərəfindən nəzarətə götürülüb: "Bildiyiniz kimi MEDİA mənim rəhbəri olduğum, 13 ildən artıq müstəqil fəaliyyət göstərən Bizimxeber.az poltalını reyesterə almadı. Heç bir əsas gətirmədən bizi kənarda saxladılar. Hansı ki, bütün sənədlərimiz qanuni idi. Üstəlik baş redaktor, yəni mən də ixtisaslı jurnalistəm. Yəni, MEDİA bir başa dedi ki, BDU-nun Jurnalistika fakultəsinin diplomunu da tanımırıq, səni də jurnalist hesab etmirik. Bu isə bir başa mənə və rəhbəri olduğum portala qarşı basqıdır, bizim fəaliyyətimizin məqsədli şəkildə dayandırılmasına cəhddir.

Bəllidir ki, Azərbaycanda reklam bazarı yoxdur, asanlıqla reklam ala bilmərsən. Üstəlik tapşırıqlar veriblər ki, reyesterdən keçməyən portallar və onların rəıhbərlərinə 1 manatlıq belə reklam verilməsin. Ölkənin bütün rəsmi qurumları reyesterdən keçmədiyimiz üçün bizi akkreditasiya etmir. Milli Məclis bizə rəsmi imtina məktubunu belə göndərə bilmədi.  Heç bir reklam yox, heç bir layihə yox. Bu faktiki olaraq bizi uzun illərdir açıq təsir və təzyiq altında saxlamağa hesablanıb".

Bizimxeber.az portalının baş redaktoru Ədil Hüseynov

Ə,Hüseynovun sözlərinə görə, online reklam gəlirlərinin çıxarılmasına da ciddi problemlər yaradılıb: "Beynəlxalq online reklam şirkətləri ilə əməkdaşlıq etmək mümkündür. Dünyanın ən yaxşı online reklam şirkətləri ilə əlaqələr qurmuşam. Onlarla aparılan danışıqların sonucunda bəlli olur ki, reklam gəlirlərini bizə göndərə bilməyəcəklər. Çünki onların təklif etdiyi ödəmə sistemləri bizim ölkəmizdə bağlıdır. Yəni reklam ödəmələri bizə heç bir halda gəlib çatmayacaq.

Bir sözlə, MEDİA-nın qılıncının altından keçməyən, onların tapşırıqları ilə işləməyən portallar pulsuz qalmaqda, boğulmaqda davam edir. Onlarla müstəqil jurnalist, blogger həbs edilib, cəzalandırılıb. Görünür bu gedişlə bizi də belə təhlükələr gözləyir. Biz də artıq portalı bağlamalı olacağıq. Bütün bunların fonunda araşdırma yazılarından sonra başına gələcəkləri də düşünəndə ən son çıxış yolu, saytı bağlamaq və bu sahəni tərk etməkdir. Mən jurnalistəm, işim yazmaqdır, buna da imkan verilmirsə deməli ölməliyəm. Artıq mübarizə aparmaq, reklam üçün yollar fikirləşmək mümkün deyil. bütün yolları bağlayıblar".