Müsavat partiyası deputatlığa namizədlərini elan edib

Müsavat partiysı sentyabrın 1-də keçirləcək parlament seçkiləri üzrə deputalığa namziədlərini irəli sürüblər.

İyulun 8-də Müsavat Partiyası Divanı 27 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Namizədlər arasında partiya sədri İsa Qəmbərin və Məclisin sədri Arif Hacılının adları yoxdur.

Bununla yanaşı, partiya aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlı var.

Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.

Deputatlığa namizəd kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Sentyabrın 1-də Azərbaycanda 125 yerlik parlamentə seçkilər keçiriləcək.