Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır.
Bu barədə noyabrın 4-də bu partiyanın divanı bəyanatla çıxış edib.
Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir.
"Eyni zamanda, partiya təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekologiya fəalları da daxil olmaqla, cəzaçəkmə müəssisələrində çox sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir", deyə sənəddə qeyd edilir.
Müsavat Partiyası hakimiyyətdən dövlətin maraqlarını da nəzərə alaraq, COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir.