"Müharibənin daha uzun sürəcəyinə köklənməliyik" - Olaf Şolz

Almaniya kansleri Olaf Şolz ölkənin Ukraynanı dəstəkləməyə, ona siyasi, humanitar, maliyyə və hərbi yardım göstərməyə davam etməyə hazır olduqlarını bildirib.

Bizimxeber.az bildirir ki, eyni zamanda o, Ukrayna münaqişəsinin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edib.

"Biz tez bir zamanda bitməsini istəsək belə, müharibənin daha uzun sürəcəyinə köklənməliyik" dedi siyasətçi. Onun sözlərinə görə, hazırda heç kim Ukrayna ərazisində hərbi əməliyyatların nə qədər davam edəcəyini proqnozlaşdıra bilməz.

Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib ki , Birləşmiş Ştatlar bir neçə ildir Ukrayna Silahlı Qüvvələrini (AFU) Rusiyaya zərbə endirmək üçün hazırlayır.