“Müharibə və sülh arasında referendum” - Gürcülər seçkini belə adlandırır

Gürcüstanın baş naziri İrakli Kobaxidze, oktyabr ayında keçiriləcək parlament seçkilərini “müharibə və sülh arasında referendum” kimi qiymətləndirib.

O, bu seçkiləri Gürcüstan xalqı üçün kritik bir seçim anı olaraq təsvir edib və bildirib ki, seçim sülh, mənəvi dəyərlər və ölkənin parlaq gələcəyi xeyrinə edilməlidir.

Kobaxidze, avqustun 11-də verdiyi bəyanatda, seçkilərin kənar müdaxilə şəraitində keçiriləcəyini, lakin bu müdaxilələrin səsvermə nəticələrinə təsir etməyəcəyini vurğulayıb.

Bu arada, Rusiya Xarici Kəşfiyyat Xidməti, ABŞ-ın Gürcüstanda seçkilərdən sonra hakimiyyət dəyişikliyi etmək məqsədilə genişmiqyaslı informasiya kampaniyası hazırladığını iddia edib. ABŞ-ın bu kampaniyasının məqsədi, hazırda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasını nüfuzdan salmaqdır.

Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-na təyin edilib.