“Müharibə dövründə uşaqların taleyi” - Cenevrədə beynəlxalq konfrans keçirildi 

İsveçrənin Cenevrə şəhərində keçirilən “Müharibə dövründə uşaqların taleyi” mövzusunda beynəlxalq konfrans başa çadıb.

Konfransda “Uşaqlara müharibəsiz dünya verək” mövzusunda məruzə ilə çıxış edən təshil tədqiqatçısı Böyükağa Mikayıllı Bizimxeber.az-a bildirib ki, tədbirdə Azərbaycandan, Polşadan, Yaponiyadan, Böyük Britaniyadan, Ukraynadan, Fransadan, Avstraliyadan, İsraildən, İsveçrədən, Tunisdən, Hollandiyadan, Çexiyadan təhsil mütəxəssisləri, məktəb və pedaqoji fikir tarixi tədqiqatçıları, müəllimlər, tələbələr iştirak edib.

B. Mikayıllı bildirib ki, konfransa əsas təşkilatçılar olan Polşanın BMT yanındakı daimi nümayəndəliyi, eləcə də mərkəzi ofisi Cenevrədə yerləşən Janusz Korczak Beynəlxalq Assosiasiyası və İsraildə fəaliyyət göstərən Janusz Korczak Beynəlxalq Təhsil Mərkəzi tərəfindən dəvət olunub: "Konfransda maraqlı məruzələr, çıxışlar oldu. Janusz Korczakın pedaqoji irsinin tədqiqi istiqamətində dünyada aparılan işlərin hesabatları dinlənildi. Eləcə də dünyada uşaqların təlim-tərbiyəsi problemləri, müharibələrin uşaqların təhsilinə, mənəvi tərbiyəsinə, psixikasına təsiri məsələləri təhlil olundu".

Bizimxeber.az

Bir 13 nəfər şəkili ola bilər

Bir 2 nəfər şəkili ola bilər

Bir 4 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir 4 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər