Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR: İmtahanla bağlı dəyişiklik ediləcək

"2023-cü ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında yenilik ediləcək”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu il MİQ zamanı müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək: "İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Kimya, riyaziyyat, fizika, informatika fənlərində əlavə vaxtın verilməsi vacibdir. Ümumilikdə 100 bal olacaq”.

Nazir əlavə edib ki, yeni qaydalar qüvvəyə minməsə də, artıq bəzi dəyişikliklər dəqiqdir.