Gürcüstanın Mərkəzi Seçki Komissiyası noyabrın 16-da keçirilən iclasda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokolu imzalayıb.
Bizimxeber.az bildirir ki, bu barədə “Sova” xəbər verib.
İclasda MSK-nın katibi Giorgiy Cavaxişvili MSK üzvlərinə protokolun təfərrüatlarını təqdim edib.
Protokola əsasən, Gürcüstan MSK aşağıdakı nəticələri təsdiqləyib
“Gürcü arzusu” – 53,93% (89 mandat);
“Dəyişikliklər Naminə” Koalisiyası – 11,03% (19 mandat);
“Birlik – Milli Hərəkat” – 10,17% (16 mandat);
“Güclü Gürcüstan” koalisiyası – 8,81% (14 mandat);
“Gürcüstan naminə” Giorgi Qaxaria – 7,78% (12 mandat).
Qanunvericiliyə görə, yeni çağırış parlament MSK-nın yekun, icmal hesabatı dərc olunduqdan sonra 10 gündən gec olmayaraq iclas keçirməlidir. Bundan sonra deputatlar yeni hökuməti təsdiq etməli olacaqlar.
Müxalifət partiyaları seçkinin nəticələrini tanımır - onların saxtalaşdırıldığını vurğulayırlar.
Şənbə günü Gürcüstan Mərkəzi Komitəsinin binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz aksiyaları toplanıb. Bundan əlavə, iclas zamanı MSK rəhbərinin üzərinə qara boya vurulub.
Xatırladaq ki, noyabrın 11-də Tbilisidə 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını hesab edən “Biz Avropayıq!” adlı etiraz aksiyası keçirilib.