Ağ Evin tarixində ən gənc sözcü - Tramp kimi seçdi?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə 27 yaşlı Karolin Levitin namizədliyini seçib.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" xəbər verib.

Agentlik Trampın müşavirlərinə istinadən qeyd edir ki, Levitt xəbər müsahibələrində onu qızğın şəkildə müdafiə edərək seçilmiş prezidentin rəğbətini qazanıb.

“Mən tamamilə əminəm ki, o, podiumda əla iş görəcək və “Amerikanı yenidən möhtəşəm et” mesajımızı Amerika xalqına çatdırmağa kömək edəcək”, - Tramp açıqlamasında bildirib.

Levitt Trampın 2024-cü il kampaniyasına qoşulub və seçilmiş prezidentin keçid komandasının baş sözçüsü olub. Levitt Ağ Evin sözçüsü vəzifəsini icra edən ən gənc şəxs olacaq.

Ağ Evin əvvəlki ən gənc sözçüsü, Riçard Niksonun prezidentliyi dövründə bu vəzifəni 29 yaşında tutan Ron Ziegler idi.