Moskvaya PUA-larla hücum edildi: yaralılar var - VİDEO

Moskvaya dronlarla hücum edilib. Dron hücumu şəhərdəki bir neçə binaya “kiçik ziyan vurub.

Bizimxeber.az "Lenta"ya istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib: "Zərərçəkmiş iki evin sakinləri təxliyə edilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da paytaxta yaxınlaşarkən bir neçə pilotsuz təyyarənin vurulduğunu bildirib. PUA-nın Leninski prospektinə düşməsi nəticəsində ölənlər var, onların sayı açıqlanmır".