Moskvada daja bir terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada yəhudilərin dini qurumlarından birində vətəndaşların kütləvi toplaşması zamanı törədilən terror aktının qarşısını alıblar.

Bizimxeber.az bildirir ki, əməliyyat zamanı Orta Asiya ölkələrindən birinin əsilli şəxs saxlanılıb. Onun 2023-cü ilin noyabrında Rusiyaya daxil olduğu və paytaxtda yaşadığı bildirilir. 

Bəmin şəxs Moskvadakı sinaqoqlardan birində kəşfiyyat aparıb və PUA hazırlamaq üçün komponentlər alıb.

Saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. 

Axtarışlar zamanı onun evindən istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilib.