Moskvada binaların başına HHM sistemləri yerləşdirilir

ABŞ və NATO Ukraynaya uzunmənzilli yeni silahlar verəcəklərini açıqladıqdan Moskvada xüsusi müharibə hazırlığına başlanılıb. Bizimxeber.az bildirir ki, görüntülər "Telegram" da paylaşılıb.

Məlumatda “Pantsir” hava hücumundan müdafiə sistemlərinin paytaxt Moskvada çoxmərtəbəli binalara kranlarla quraşdırıldığı qeyd olunub. Görüntülər sosial mediada gündəm olub. Xüsusilə əhəmiyyətli dövlət binaları, Müdafiə Nazirliyi və bəzi yüksək mərtəbəli binaların müdafiə HHM sistemləri ilə təchiz edilir.

Rusiya Müdafiə Nazirliyi hələlik məlumatı şərh etməyib.