Moskvada azərbaycanlı iş adamlarının bazarı yanır - Ölənlər var - VİDEO

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində məşhur “Sadovod” bazarı yanır.

Bizimxeber.az bildirir ki, bu barədə "Mash Telegram" kanalı məlumat verib. Hazırda yanğının əhatə etdiyi ərazi ilə bağlı məlumat dəqiqləşdirilir.

Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 9500 mağazanı əhatə edir.

***

"Sadovod" bazarında baş verən yanğında azı bir nəfər xəsarət alıb. Bu barədə Mash Telegram kanalına məlumat verilib. Nəşrin məlumatına görə, təcili yardım maşını malını xilas etməyə çalışan və tüstünü içinə çəkən satıcını xəstəxanaya yerləşdirib.

Qeyd olunur ki, iki nəfər dünyasını dəyişib.

https://t.me/bizimxeberaz/1244