Moldovada seşkilərin ikinçi turu keçiriləcək - Qərar verildi

Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-nə təyin edilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası qərar verib. 

İkinci tur noyabrın 3-nə təyin edilib. İlkin məlumatlara görə, 11 namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib.“Bu o deməkdir ki, ikinci tur iki həftədən sonra baş tutacaq”, - deyə Mərkəzi Seçki Komissiyasının rəhbəri qeyd edib. 

İlkin məlumatlara görə, seçki məntəqələrindən gələn protokolların 98,51%-i işləndikdən sonra təxminən 42% səslə hazırkı dövlət başçısı Maya Sandu və 26,27% səslə Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo ikinci tura keçəcək.

Bu arada verilən məlumata görə, Moldova müxalifətinin “Qələbə” siyasi bloku prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum gününün birinci yarısında seçki məntəqələrində 200-dən çox qanun pozuntusu qeydə alıb.