Moldovada fövqəladə vəziyyət yenidən uzadıldı

Moldovada fövqəladə vəziyyət aprelin 5-dən başlayaraq daha 60 gün uzadılıb. 

Hakim partiyanın 61 deputatı bu qərarın lehinə səs verib. 

Təşəbbüs Ukraynadakı müharibənin ölkəyə təsiri ilə əlaqədar Daxili İşlər Nazirliyinin təklifi ilə hökumət tərəfindən irəli sürülüb. 

Departamentin rəhbəri Anna Revenko qeyd edib ki, xarici təhlükələrlə yanaşı, daxili təhlükələr də var.