Moldova və Ukrayna Aİ-yə üzv qəbul edilir

Aİ Şurası Ukrayna və Moldova üçün danışıqlar çərçivəsini təsdiqləyib və iyunun 25-də danışıqlara başlamaq üçün hökumətlərarası konfransların keçiriləcəyini açıqlayıb. 

Bu barədə X-nin (Twitter) Belçikanın sədrliyi səhifəsində Aİ Şurasında Belçika sədrliyi məlumat yayıb. "Aİ Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün Aİ-nin ümumi mövqelərini, o cümlədən danışıqlar çərçivəsini təsdiqləyib. Bu, iyunun 25-də Lüksemburqda danışıqların başlanmasına zəmin yaradır", - bəyanatda deyilir.

Ukrayna ilə hökumətlərarası konfrans yerli vaxtla saat 15:30-a, Moldova ilə isə saat 18:00-a planlaşdırılıb. 

Qeyd edək ki, iyunun 14-də Aİ-yə üzv ölkələrin daimi nümayəndələri  Ukraynanın, eləcə də Moldovanın üzvlüyünə dair danışıqların çərçivəsini prinsipial olaraq təsdiqləyiblər.

Macarıstan, daimi nümayəndələr səviyyəsində, "Ukraynanın milli azlıqlarla bağlı kifayət qədər irəliləyiş əldə etmədiyi" barədə danışaraq, qərarı blokladı. Lakin onun tələblərinin danışıqlar çərçivəsinə daxil ediləcəyinə dair zəmanətdən sonra o, vetonu ləğv etdi.