Moldova prezidenti Sandu Kiyevə gəldi

Bu gün Moldova prezidenti Sandu Kiyevə gəlib. Bizimxeber.az bildirir ki, məlumatı Sandu administrasiyası təsdiqləyib.  

Qeyd olunur ki, Sandu paytaxtın ətraf rayonlarına - Buça, İrpinə və Borodyankaya səfər edəcək. Bu şəhərlər Rusiyanın təcavüzündən və müharibə cinayətlərindən çox əziyyət çəkib. 

Maia Sandu Kiyevə səfər etmək niyyətini iyunun 24-də açıqlayıb. "Planlar var. Amma mən bütün məqamları təsdiqləyəndə sizə təfərrüatları deyəcəyəm" deyə Sandu bildirib. 

Daha sonra Zelenski administrasiyasının mətbuat katibi Sergey Nikiforov bildirib ki, bu səfər baş tutsa, təhlükəsizlik baxımından heç kim bu barədə əvvəlcədən məlumat verməyəcək.

Bu arada Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur. Dövlət başçısı vurğulayıb ki, Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini göstərməlidir.