Moldova prezidenti koronavirusa yoluxdu

Moldova prezidenti Maia Sandu koronavirusa yoluxub.

Bizimxeber.az bildirir ki, bu barədə o özünün Facebook səhifəsində açıqlayıb. O, Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak edə bilməyəcəyini əlavə edib.

"Təəssüf ki, mən koronavirusa yoluxmuşam və bugünkü və sabahkı ictimai tədbirlərdə iştirak edə bilməyəcəyəm. Özümü yaxşı hiss edirəm, yüngül yorğunluqdan başqa heç bir əlamətim yoxdur. Lakin başqalarına risk yaratmamaq üçün yaxın günlərdə təcriddə olacağam," - Sandu qeyd edib.

Prezident vətəndaşları diqqətli olmağa çağırıb:

“COVID-19 yoxa çıxmayıb. Əgər simptomlar müşahidə etsəniz, test edin və həkiminizlə məsləhətləşin. Sizə cansağlığı arzulayıram, özünüzə yaxşı baxın.”