Moldova bir neçə ölkəyə uçuşları dayandırdı

Moldovanın dövlət aviaşirkəti Air Moldova Praqa, London, Paris, İstanbul və Tbilisiyə və oradan uçuşları ləğv edib. 

Bizimxeber.az bildirir ki, bu barədə "AirMoldova"nın mətbuat xidməti məlumat yayıb. 

"Praqa, London, Paris, İstanbul və Tbilisiyə və oradan reyslər ləğv edilib. Uçuşların ləğv edilməsinə səbəb əməliyyat çətinlikləridir. Aviaşirkətin donanmasında olan iki təyyarə hələlik uçuşlar üçün mövcud deyil", - mətbuat xidməti yazır.