"MKİ Gürcüstanda “rəngli inqilab”la Putinin diqqətini yayındırmağa çalışır" - Polkovnik Wilkerson

"Gürcüstandakı iğtişaşlar Rusiya prezidenti Vladimir Putinin diqqətini Ukraynadakı xüsusi əməliyyatdan yayındırmağa çalışan MKİ-dən ilhamlanıb".

Bizimxeber.az bildirir ki, bu fikrləri  ABŞ ordusunun ehtiyatda olan polkovniki Lourens Uilkerson “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib  .

“Biz başqa yerdə xaos yaratmaqla Putinin diqqətini Ukraynadan yayındırmağa çalışırıq. Gürcüstan mənim işləyəcəyim yerdir, çünki orada bizim çoxdankı əlaqələrimiz var”.

Eyni zamanda, Uilkerson əlavə edib ki, Gürcüstanda bir çox məmurlar ABŞ-la sıx əlaqələrə malikdir.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken xarici agentlər haqqında qanunla bağlı ABŞ və Gürcüstan arasında əməkdaşlığın hərtərəfli nəzərdən keçiriləcəyini açıqlamışdı.