Mixail Mişustini yenidən Rusiyanın baş naziri oldu

Rusiya Dövlət Duması Mixail Mişustinin baş nazir postuna namizədliyini təsdiqləyib.

Bizimxeber.az bildirir ki, 375 deputat onun namizədliyinə səs verib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Mişustini yenidən baş nazir təyin etməyi təklif edib. 

Baş nazirin namizədliyinə baxılmadan əvvəl Dövlət Duması prezident Vladimir Putinlə görüş keçirib. Mişustin Putini əmin edib ki, hökumətin işində heç bir fasilə olmayacaq. 

Rusiya Federasiyasının Konstitusiyasına əsasən, prezident onun namizədliyi Dövlət Duması tərəfindən təsdiq edildikdən sonra Nazirlər Kabinetinin rəhbərini təyin edir.