Misir İran və israil tərəfləri ilə təcili danışıqlara başlayıb

"Misir Yaxın Şərqdə gərginliyin artmasının bütün tərəfləri ilə əlaqə saxlayır və regionda təhlükəli qeyri-sabitliyin yeni mərhələsinin qarşısını almaq üçün vəziyyəti cilovlamağa çalışır".

Bizimxeber.az bildirir ki, bunu Misir Xarici İşlər Nazirliyi İranın İsrail ərazisinə davam edən hücumu fonunda bildirib.

“Misir vəziyyəti cilovlamaq, gərginliyin artmasının qarşısını almaq və Yaxın Şərqi bütün xalqların maraqlarını təhdid edən təhlükəli qeyri-sabitlik girdabına düşmək riskindən xilas etmək üçün bütün maraqlı tərəflərlə əlaqə saxladığını təsdiqləyir”, - XİN-in bəyanatında deyilir.

Misir nazirliyi İran və İsrail arasında gərginliyin kəskin artması ilə bağlı dərin narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

“İran-İsrail arasında təhlükəli eskalasiya Qahirənin əvvəllər dəfələrlə xəbərdar etdiyi regionda münaqişənin genişlənməsi təhlükəsinin birbaşa nəticəsidir”, - departament qeyd edir.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İranın qərb əyalətlərindən İsrail ərazisinə onlarla pilotsuz təyyarə buraxılıb. Pilotsuz təyyarələr İraq və İordaniya üzərində də müşahidə edilib.