Minimum əmək pensiyası 280 manat olacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

Dəyişiklik 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.