«Milli Ön» ödəmə terminalları sürətli və təminatlı ödəmə tətbiq edə bilmir. İnsanların rahatlığının təmin etməli olan bu sistem əskinə, böyük problemlərə yol açır, insanların cibinə girir.
Bizimxeber.az bildirir ki, "Milli Ön" ödəmə terminalı insanların ödədikləri pulları "udur".
Belə ki, müasir sayılan "Zenner" qaz sayğaclarına vurulan pullar sayğaca ödənmir, üstəlik bu barədə heç bir xəbərdarlıq da edilmir. Ən qəribəsi budur ki, problemin aradan qaldırılması üçün «Milli Ön»ə telefon açdıqda ya "biz sizə kömək edə bilmərik" cavabı verilir, ya da ""Azərqaz"a gedin" deyilir.
Təsəvvür edin ki, axşam saatlarında "Milli Ön" vasitəsilə karta pul yükləyən vətəndaşa terminaldan "yükləndi" yazılan çek verirlir. Vətəndaş da bəh-bəhlə kartını sayğaca yaxınlaşdırır və kart boşdur.
Baş verənlərlə aydınlıq gətirmək üçün şirkətə ünvanlanan suallarımıza verilən cavab belə oldu: "Bəzən terminallarda problemlər yaranır. Yaranmış problemlərlə bağlı şirkətin müştəri xidməti ilə əlaqə saxlamaq lazımdır".