Məktəbli qollarını kəsərək sosial şəbəkədə paylaşıb

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin 8 “a” sinif şagirdi dekabrın 5-i, saat 21 radələrində sol qolunu bir neçə yerdən kəsərək özünə bədən xəsarəti yetirib:

“Daha sonra bunu “Instagram” sosial şəbəkə hesabında canlı yayım açaraq paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanının “Çağrı Mərkəzi”nə müraciət edərək onun sosial şəbəkə izləyicisi olduğu şəxsin nalayiq ifadələr yazdığını bildirib. Dekabrın 6-da dərsdə iştirak etməyən qız həmin gün saat 15:00-da məktəbə dəvət olunub və onunla profilaktik söhbətlər aparılıb”.