Meksika lideri sülh danışıqlarında vasitəçilik təklif etdi

Meksika prezidenti Andres Manuel Lopez Obrador Ukraynadakı münaqişə tərəflərinə silah tədarükü ilə məşğul olan ölkələri tənqid edib.

Bizimxeber.az TASS-a istinadərn bildirir ki, o, silahlanmanın sülhün əldə olunmasına mane olduğunu deyib.

“Biz mümkün qədər tez sülhə nail olmalıyıq”, - deyə o bildirib.

Meksika lideri deyib ki, BMT-nin baş katibi Antonio Quterreşə, Hindistanın baş naziri Narendra Modiyə və Roma Papası Fransiskə Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağı təklif edib, lakin heç kim bu təşəbbüslə maraqlanmayıb. O əlavə edib ki, Meksika neytral qalmaqda davam edir və münaqişə tərəfləri arasında sülhün əldə olunmasını səbirsizliklə gözləyir.