Məkkədə 51 dərəcə isti - Yüzlərlə zəvvar öldü

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 577-yə çatıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb.

Ərəb diplomatlarından biri ölənlərdən ən azı 323-nün Misir vətəndaşı olduğunu bildirib. Onların ölümünün əsas səbəbi şiddətli istilər olub. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ölən zəvvarlardan 60 nəfəri iordaniyalıdır.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkə Böyük Məscidində 51,8 dərəcə isti qeydə alıb.