Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxıldı - Sərəncam

Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb. 

Sərəncama əsasən, general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.