Medvedyevdən NATO baş katibinə "Tarix təkrarlanacaq" mesajı

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın Ukrayna ilə münaqişədə qalib gəlməsinin yolverilməzliyi ilə bağlı sözlərinə cavab verib.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Medvedev ilk olaraq Stoltenberqin İkinci Dünya Müharibəsində kimin qalib gəldiyini xatırladıb -  "Görünür Stoltenberq unudub... və tarix təkrarlanacaq. Onun yaddaşı pisdir. Mən o zaman, ona İkinci Dünya Müharibəsində kimin qalib gəldiyini xatırladım. Tarix təkrarlanacaq".

Qeyd edək ki, bir neçə gün əvvəl Stoltenberq Ukraynadakı münaqişəni İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli məqam adlandırıb və bildirib ki, Qərbin Rusiyaya qalib gəlməsinə imkan verilməməlidir.