Mayk Tayson ukraynalılara mesaj göndərdi - VİDEO

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson Ukraynaya dəstək olub.

Video Ukrayna Boks Federasiyasının “Instagram” səhifəsində yayımlanıb. “Bu, Mayk Taysondur. Ukraynalılar, mən sizinləyəm”, – 55 yaşlı M.Tayson deyib.

Qeyd edək ki, Mayk Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib.