Moldova Prezidenti Maya Sandu Kiyevə rəsmi səfər edib.
Bizimxeber.az “Sputnik Moldova”ya istinadən xəbər verir ki, Sandunun səfəri “Evromaydan” kütləvi etiraz aksiyalarının 10-cu ildönümü ilə bağlıdır.
Məlumata görə, Moldova lideri Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski və onun xanımı Yelena Zelenskaya ilə birgə 2013-2014-cü illərdə baş verən kütləvi etiraz aksiyalarına həsr edilən memorialı ziyarət ediblər. Bununla yanaşı, iki ölkə lideri danışıqlar da aparacaq.
Xatırladaq ki, bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius da Kiyevə səfər