Mask Ağ Evdə işləyə bilməz... - Tramp

Seçkidə qalib gəlsəm, İlon Mask administrasiyamda tam əsasda işləyə bilməyəcək, lakin o mənim süni intellekt üzrə müşavirim ola bilər.

Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. 

“Mask böyük şirkətləri idarə edir, ona görə də onun ABŞ hökumətinin tərkibinə daxil olacağını düşünmürəm. Təbii ki, ona administrasiyada bir vəzifə təklif edərdim, amma onun məşğul qrafikini nəzərə alaraq hər şeyi necə idarə edəcəyini bilmirəm”, - Tramp bildirib.

Tramp qeyd edib ki, onun Maskla əla münasibəti var və o, milyarderi müxtəlif məsələlərdə, xüsusən də süni intellekt sahəsində müşaviri kimi görmək istəyir.