Makronun təbliğatçısına hücum edildi

Fransa hökumətinin sözçüsü Priska Thevenot və komandası bir neçə nəfərin hücumuna məruz qalıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Politico" xəbər verir.

Fransa mətbuatının yazdığına görə, Fransa parlamentinin üzvü və prezident Emmanuel Makronun İntibah partiyasının üzvü Thevenot Parisin qərb tərəfində, Haute-de-Seine seçki dairəsində təbliğat posterləri asaraq hücuma məruz qalıb.

Theveno xəsarət almasa da, onun komandasının üzvü çənə sınığı ilə xəstəxanaya aparılıb. Dörd nəfər həbs edilib.

Fransanın baş naziri Qabriel Attal hücumu pisləyib və siyasi zorakılığa son qoymağa çağırıb: "Bizim demokratiyada zorakılıq və hədə-qorxuya yer yoxdur. Respublikamızda onlara yer yoxdur. Getdikcə güclənən zorakılıq və nifrət mühitini rədd edək. Dərhal hərəkətə keçməyə çağırıram", - o əlavə edib.