Makrondan sərt gediş - Mərkəzçiləri birləşməyə çağırdı

Fransa prezidenti Emmanuel Makron ifrat sağçıların qalib gəlməsinin qarşısını almaq üçün erkən parlament seçkiləri öncəsi mötədil siyasi qüvvələri birləşməyə çağırıb. 

Bizimxeber.az bildirir ki, bu barədə "AP" məlumat yayıb. 

Makron Milli Assambleyanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarından da danışıb. Rəy sorğuları göstərir ki, ifrat sağçı "Milli Birlik"  erkən seçkilərdə qalib gəlmək üçün hər şansa malikdir , lakin mütləq çoxluq yoxdur.