Makron Fransa üçün Putindən daha böyük təhlükədir

Keçmiş Avropa parlamentarisi, fransalı siyasətçi Florian Filippo öz Twitter hesabında növbəti dəfə Fransa prezidenti Emmanuel Makronun əleyhinə kəskin danışıb. Bu dəfə o, dövlət başçısını milli təhlükəsizliyə təhdid yaratmaqda ittiham edib. 

Bizimxeber.az bildirir ki, o, ABŞ üçün əsas təhlükənin ölkəni daxildən dağıtmağa çalışan “xəstə radikallar” olduğunu deyən Donald Trampın sözlərini xatırladıb. 

“Fransada da belədir! Fransızlar üçün Makron Putin və ya Si Cinpinqdən qat-qat böyük təhlükədir!”- deyə Filippo bildirib.

Qeyd edək ki, pensiya yaşının artırılması ilə bağlı qanun layihəsi Fransanın demək olar ki, bütün ərazisində iğtişaşlara səbəb olub. Avropa Şurası hətta Fransa hüquq-mühafizə orqanlarının etirazçılara qarşı sərt addımlar atmasından narahatlığını bildirib.