Lukaşenko siyasi məhbusları azadlığa buraxır

Balrus prezidenti Aleksandr Lukaşenko bəzi siyasi məhbusları azad edib.

Bizimxeber.az bildirir ki, bu barədə “European Truth” məlumat yayıb. Onların adı və sayı hələlik açıqlanmır. Nəşr siyasi məhbusların azad edilməsini Aleksandr Lukaşenkonun dünənki bəyanatı ilə əlaqələndirir ki, o, məhkumların bəzilərinin yaxın günlərdə azad oluna biləcəyini deyib.

Belarus müxalifətinin lideri Svitlana Tıxanovskaya da məlumatı təsdiqləyib və bildirib ki, bu barədə onlarda da mılumatlar var: "Bu gün bəzi siyasi məhbusların azadlığa buraxılması ilə bağlı ilk hallar barədə məlumat əldə etdik. Mən xoşbəxtəm ki, insanlar azaddırlar. Axı azadlıq, sağlamlıq və həyat insanın sahib olduğu ən mühüm dəyərlərdir. Siyasi məhbusların ailəsi və yaxınlarını təbrik edirəm".

Bir gün əvvəl Lukaşenko deyib ki, ağır xəstələr, əsasən də xərçəng xəstələri tezliklə azadlığa buraxıla bilər  Həmçinin dəmir barmaqlıqlar arxasında yaşı 60-dan yuxarı olan 65 siyasi məhbus var ki, onların da çoxunun səhhətində ciddi problemlər var.

İyulun 2-nə Belarusda 1409 nəfər siyasi məhbus kimi tanınıb.