"Lufthansa"nın texniki işçiləri 3 günlük tətilə başladı

"Lufthans"nın texniki işçiləri Almaniyada 3 günlük tətilə başlayıb və bu tətil başlamazdan bir neçə saat əvvəl elan edilib.

Bu barədə DW məlumat yayıb. 

Çərşənbə günü səhər Almaniyanın "Lufthansa" şirkətinin texniki heyəti yerüstü işçilərin maaşı ilə bağlı mübahisəyə görə 3 günlük tətil edib. Tətil başlamasına cəmi 12 saat qalmış elan olunub. Akiyada 25 minə qədər işçi iştirak edə bilər. 

Ver.di həmkarlar ittifaqı bildirib ki, tətil planlaşdırıldığı kimi səhər saat 6:00-da başlamasına baxmayaraq, sərnişin reyslərinə təsir etməsi gözlənilmir. Təşkilat "Lufthansa Technik", "Lufthansa Aviation Training" və "Lufthansa Technical Training" işçilərini çərşənbə səhərindən etibarən 3 günlük tətilə çıxmağa çağırıb.

Ver.di həmkarlar ittifaqı "Lufthansa" yerüstü işçilərinin maaşlarının 12,5 faiz artırılmasını tələb edir (lakin ayda 500 avrodan az olmayaraq). Bundan əlavə, Ver.di inflyasiyanı kompensasiya etmək üçün işçilərə 3000 avro məbləğində birdəfəlik ödənişlər tələb edir.

"Lufthansa"tətili "anlaşılmaz və tamamilə yersiz eskalasiya" kimi tənqid edib. Şirkət iddia edir ki, həmkarkar ittifaqına güclü təklif verilib.

"Keçən cümə axşamı "Lufthansa" həmkarlar ittifaqına doğru daha bir böyük addım atdı və yeni, daha da yaxşı təklif təqdim etdi", deyə aviaşirkətin sözçüsü bildirib.