Livana zərbə endirildi - 325 ölü - Yenilənib

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.  

Bu barədə məlumatı “Walla” portalı yayıb. Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

***

“Reuters” agentliyinin məlumatına görə, İsrail ordusunun Livanın cənubuna zərbələr endirməsi nəticəsində azı 50 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

***

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində həlak olanların sayı 182-yə, yaralıların sayı isə 727 nəfərə çatıb. Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Bununla yanaşı, ölənlərin sayının artacağı istisna edilmir.

***

Livanın səhiyyə naziri Firas Abyad bildirib ki, hücum nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1024 nəfər isə yaralanıb.

***

Livanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hücum nəticəsində ölən və yaralananların sayı artıb. Bildirilib ki, ölənlərin sayı  325-ə, yaralananların sayı isə 1200 nəfərə yüksəlib.