Litva qanunvericiləri qumar oyunları haqqında qanuna 2025-ci ildən qumar reklamının daha da məhdudlaşdırılmasını təklif edən düzəlişləri qeydə aldılar.
Bizimxeber.az bildirir ki, qumar şirkətlərinin hər hansı ictimai tədbirə, fiziki və hüquqi şəxslərin fəaliyyətinə sponsorluq etdiyi barədə məlumatların yayılmasının qadağan edilməsini təklif edən düzəlişləri, əsasən hakim çoxluqdan olan 50-yə yaxın deputat imzalayıb.
Dəyişikliklər qəbul olunarsa, bu, bukmeker kontorlarının və kazinoların televiziya, qəzet, jurnal və ya xəbər saytlarında, eləcə də küçə reklam lövhələrində reklamının qadağan olunmasına gətirib çıxaracaq. İdman tədbirləri zamanı idmançıların köynəklərində və arenalarda oyun operatorlarının nə adları, nə də loqoları görünə bilməyəcək.
Şirkətlər qumar oyunlarının növləri haqqında məlumatları yalnız qumar obyektində və ya ünvanı Qumar Oyunları Qaydalarında göstərilən şirkətin internet saytında dərc edə biləcəklər.
Qumar şirkətlərinə qumar oyunları haqqında məlumatı yalnız bu sahənin peşəkarlarına yönəlmiş nəşrlərdə dərc etməyə icazə verilməsi təklif edilir. Onlar öz adlarını və brendlərini əsas ofis binasında və ya qumar obyektində reklam edə bilərlər.
Bu arada Almaniyada narkotiklər və narkomanlar üzrə federal komissar oyun asılılığının miqyasına dair hesabat təqdim edib, ona görə təxminən 1,3 milyon yetkin bu asılılığa, daha 3,3 milyon nəfərdə isə ilkin əlamətləri var.