Martın 1-dən Litva Belarusla sərhəddə iki keçid məntəqəsini - Lavorişkes və Raigardas-ı bağlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə “European Pravda”nın yazdığına görə LRT məlumat yayıb.
Bundan sonra Litva-Belarus sərhədində yalnız Medininkay və Şalçininkay keçid məntəqələri açıq qalır, lakin onlar məhdudiyyətlərə məruz qalacaq - piyadaların və velosipedçilərin hərəkəti qadağandır.
Litva hakimiyyəti iddia edir ki, bu addımlar milli təhlükəsizlik, qaçaqmalçılıq və beynəlxalq sanksiyaların pozulması problemlərinin həllinə yönəlib.
Xatırladaq ki, fevralın 21-də Litva hökuməti martın 1-dən Belarusla sərhəddə yerləşən Lavorişkes və Raiqardas sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.