Litva Belarusla sərhəd keçidini bağladı

Litva Belarusla sərhəd keçidini bağlayıb.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Litva tərəfi açıqlayıb ki, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək və sərhəddən keçirmə qabiliyyətini artırmaq məqsədilə Belarusun gömrük və sərhəd xidmətləri ilə qarşılıqlı əlaqəni birtərəfli qaydada dayandırır.

Bu qərarın səbəbləri açıqlanmır.

Departamentin rəsmi nümayəndəsi Anton Bıçkovski bildirib ki, Litvanın hərəkətləri qeyri-dost və qeyri-konstruktiv addımdır. Bu qərar keçid məntəqələrinin fasiləsiz işləməsi ilə bağlı Minsk qarşısında öhdəliklərin olmamasına yönəlib.