Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 8-də gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
İyunun 8-dən 11-dək Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.