Lerikin 30 kəndi telefon və internetsiz qalıb

Lerik rayonunun Osyodərə, Züvüç və Şingədulan ərazi icra nümayəndəliklərinə daxil olan 30-a yaxın kənddə telefon rabitəsi və internet dayanıb. 

Bu barədə rayon sakinləri bildirib. Onların hadisənin səbəbini bilmir. 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov xəbəri təsdiqləyib: "Bəli, hazırda həmin ərazidə telefon və internet işləmir. Tikinti-quraşdırma işləri aparılarkən kabel zədələnib”.