Lavrov Putin və Şolz danışığını şərh etdi


"Kreml Vladimir Putin və Olaf Şolz arasında telefon danışığının nəticələrinə əsaslanaraq bütün qiymətləndirmələrini açıq şəkildə ortaya qoyub". 

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Noyabrın 15-də Almaniya kansleri uzun müddətdən sonra ilk dəfə  Rusiya prezidenti ilə telefon danışığı aparıb. Berlində xəbər verildiyi kimi, Şolz Putinə Ukraynadakı münaqişəyə son qoyulmalı olduğunu deyib.

Rusiya prezidentinə zəng etməzdən əvvəl alman siyasətçi Vladimir Zelenski ilə əlaqə saxlayıb.

Vladimir Putinin söhbətdə qeyd etdiyi kimi, Ukrayna münaqişəsinə son qoymaq üçün mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalıdır.