Abxaziyada etirazçılar “hökumət binaları"nı ələ keçirdilər -VİDEO

İşğal olunmuş Abxaziyanın əsas şəhəri Suxumidə noyabrın 15-də günorta saatlarında Rusiya ilə “investisiya müqaviləsi”nin təsdiqlənməsinə etiraz edən etirazçılar “hökumət binaları” kompleksinin ətrafındakı hasarı aşaraq onları qismən ələ keçiriblər.

Bizimxeber.az bildirir ki, bu barədə “Echo Kavkaza” məlumat yayıb. 

Aksiya iştirakçılarının və abxaz “müxalifətinin” liderlərinin “hökumət kompleksi”nin ərazisinə soxulması zamanı, iddia edildiyi kimi, təhlükəsizlik qüvvələri müqavimət göstərməyib. 

Etirazçılar “hökumət” binaları kompleksinin ətrafındakı hasarın bir hissəsini sökərək “parlament” binasına bitişik əraziyə, daha sonra “parlament”ə və qondarma prezident Aslan Bjaniyanın administrasiyasına daxil olublar.

Bundan sonra aksiya iştirakçıları siyasi böhrandan çıxış yollarını tapmaq üçün koordinasiya şurası yaradıblar. Xüsusilə, onlar Abxaziyanın qondarma prezidenti Aslan Bjaniyaya öz nümayəndələrini göndərərək onun istefasını tələb ediblər.

Bjaniya bu təkifdən imtina edib və  o və rəhbərlik "yerindədir" və "bu hadisələrin nəticələrini aradan qaldırmaq üçün səy göstərəcək" deyib.

Xatırladaq ki, bundan əvvəl də Suxumda Rusiya-Abxaziya “investisiya müqaviləsi”nin ratifikasiyasına etiraz aksiyası keçirilib.  Yerli polislə toqquşma olub . Etiraz fonunda Abxaziya “parlamenti” Moskva ilə investisiya sazişinin ratifikasiyası üzrə səsvermənin keçirilməli olduğu sessiyanı ləğv etdi və “prezident” administrasiyası onu geri götürəcəyini vəd etdi.