Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının müzakirəsinə rəhbərlik edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 16-sı və 17-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının müzakirəsinə sədrlik edəcək.

Bizimxeber.az bildirir ki, iyulun 1-də BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib.

“Rusiyanın sədrliyi zamanı üç mərkəzi tədbir planlaşdırılır... İlk iki tədbirə Rusiya Federasiyasının Xarici İşlər Naziri Lavrovun sədrlik edəcək”, - deyə məlumatda qeyd olunub.

Gündəliyə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üçün humanitar mexanizmlə bağlı 2720 saylı qətnaməsinin icrası ilə bağlı müzakirələrin də daxil olduğu aydınlaşdırılır.