Latviyanın yeni prezidenti kimdir? - Rusiyanı sevmir...

Latviyada nəhayət ki, prezientin kimliyi bəlli oldu.

Səsvermənin üçüncü turunda əvvəllər xarici işlər naziri vəzifəsini tutmuş Edqars Rinkeviç Latviya prezidenti seçilib. 52 deputat tələb olunan minimum 51 səslə Rinkeviçin lehinə səs verib. Latviya parlamentli respublikadır, ona görə də prezidentin daha çox səlahiyyətləri var.

Bizimxeber.az yeni prezident Edqars Rinkeviçin maraqlı hadisələrlə yaddan qalan fəaliyyətini xatırladı...

Edqars Rinkeviç kimdir?

Yeni dövlət başçısı Xarici İşlər Nazirliyində işləyərkən ukraynayönlü mövqe tutub və bəzən rus siyasətçiləri ilə zarafat etməyə icazə də verib.

2018-ci ildə keçirilən parlament seçkiləri zamanı o, kampaniyasını - “Kremlə baxmayaraq, Latviya uğurlu dövlətdir və olacaq” şüarı ilə aparıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiyası dünya gündəmi olub.  buna reaksiya verib. Çox keçmədən Edqars Rinkeviç Zaxarovya cavab hesab olunan - Ukrayna borşunun YUNESKO siyahısına salınması reaksiyası yadda qalıb və bu dünyanın ən yaxşı zarafatı seçilib.

Ümumiyyətlə, Rinkeviç Ukraynayönlü mövqeyə malikdir və Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləyir.

Sammitlərin birində o, rusların Avropaya səyahətinin irsi hüquq deyil, imtiyaz olduğunu deyib.  Buna görə də o, Aİ Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının quru sərhədindən keçməsinin məhdudlaşdırılmasını dəstəkləyib.

Karyerasına gəlincə, o, xarici işlər naziri vəzifəsinə gəlməzdən əvvəl ölkənin Müdafiə Nazirliyində dövlət katibi olub. O, həmçinin prezident Valdas Zatlersin kanslerliyinə rəhbərlik edib, daha sonra Zatlersin İslahat Partiyasının tərkibində parlament və hökumət səviyyəsində siyasətçi olub.

Şəxsi həyatına gəlincə, o, 2014-cü ildə Latviya tarixində homoseksual oriyentasiyasını açıq şəkildə etiraf edən ilk siyasətçi oldu.