Kürdlər yenidən Parisi yandırmağa başladı

Yüzlərlə kürd Fransanın paytaxtı Parisdə nümayiş keçirir. 

Bizimxeber.az bildirir ki, ümayiş dekabrın 23-ü kürd icmasının 3 nümayəndəsinin Parisdə güllələnərək öldürülməsi ilə bağlıdır. 

Belə ki, dekabrın 23-ü 69 yaşlı bir şəxs Parisdə kürdlərin mədəniyyət mərkəzinin yaxınlığında küçədə atəş açıb. Hadisə nəticəsində 3 kürd aktivist dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb. O, ilkin ifadəsində irqçi olduğundan belə bir addım atdığını qeyd edib. 

İnsidentdən sonra kürd aktivistlər 2 gün boyunca Parisin Respublika meydanında etiraz aksiyası keçirib. Aksiya daha sonradan iğtişaşa çevrilib. Aksiya iştirakçıları maşınları aşırmağa və yandırmağa başlayıb. Etirazçılar, həmçinin polis əməkdaşlarına müxtəlif əşyalar atıb. Bunun ardınca, polis 11 aksiya iştirakçısını saxlayıb.